Millimizin iki üzvü Avropa çempionatının yarımfinalında
Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı davam edir.
Sportliqa.az xəbər verir ki, bu gün yarışda sərbəst güləşçilərin mübarizəsi start götürüb.
Azərbaycanın beş təmsilçisi - İslam Bazarqanov (57 kq), Rəşid Babazadə (65 kq), Kənan Heybətov (70 kq), Cəbrayıl Hacıyev (79 kq) və Osman Nurmaqomedov (97 kq) xalça üzərinə çıxıb.
Onlardan Bazarqanov və Hacıyev yarımfinala yüksələ bilib, digərləri ümidləri doğrultmayıblar.
Yarımfinal Bakı vaxtilə saat 18:30-dan etibran İTV kanalı vasitəsilə canlı yayımlanacaq.
Həmçinin, axşam seansında üç qadın güləşçimiz - Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (62 kq) və Birgül Soltanova (65 kq) bürünc medal görüşünü keçirəcək.
Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq) bürünc medal əldə ediblər. Qadınlardan isə Günay Qurbanova (59 kq) bürünc mükafata sahib çıxıb.
Qitə birinciliyi aprelin 26-da yekunlaşacaq.