Sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Xetaq Qazyumov Avropa Güləş İttifaqı tərəfindən ən yaxşı məşqçi seçilib.
Sportliqa.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, milli komandanın baş məşqçisi sərbəst güləş üzrə 2025-ci ilin ən yaxşı məşqçisi kimi xüsusi mükafatla təltif edilib.
Azərbaycan millisi onun rəhbərliyi altında ötən il Avropa çempionu olub və dünya çempionatında 4-cü yeri tutub.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az