Sərbəst güləş üzrə Avropa çempionu İslam Bazarqanov (57 kq) AGF-nin rəsmi saytına qələbə təəssüratlarını bölüşüb:
“Hələ də inana bilmirəm ki, çempion olmuşam. Hisslərimi sözlə ifadə edə bilmirəm. Bu, mənim üçün çox prinsipial görüş idi. Dünya çempionatında Musa Mextixanova məğlub olmuşdum. Onun güləş üslubu mənə uyğun gəlmirdi. Köklənmək çətin idi. Allaha şükürlər olsun ki, qalib gələ bildim.
Məşqçilər heyətinə, Azərbaycan Güləş Federasiyasının rəhbərliyinə təşəkkür edirəm. Bu yarışa yüksək səviyyədə hazırlaşmaq üçün hər bir şərait yaradılmışdı. Kislovodsk və Bakıda ağır təlim-məşq toplanışları keçdik. Bütün bunların faydasını da yarışda gördük”.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az