"Prezident İlham Əliyevin müvafiq tapşırıqları əsasında azad olunmuş torpaqlarda idman tədbirləri keçirilir. Bunların çoxu beynəlxalq turnirlərdir. Növbəti idman bayramı münasibətilə hər birinizi təbrik edirəm".
Sportliqa.az xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov deyib.
O, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə "Prezident Kuboku 2026" reqatasının açılış mərasimində iştirak edib.
Nazir Qarabağın dilbər guşəsi Ağdərədə ilk dəfə beynəlxalq yarış təşkil edildiyini xatırladıb:
"Avarçəkmədə bu, beşinci tədbirdir. Bildiyiniz kimi, Suqovuşanda və Köndələnçayda "Prezident Kuboku" reqatası baş tutub. Burada da kifayət qədər ölkə iştirak edir. Bu da bizim üçün sevindirici haldır".
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az