PSJ UEFA Çempionlar Liqası yarımfinal mərhələsinin ilk oyununda "Bavariya"nı 5:4 hesabı ilə məğlub edib.
Sportliqa.az xəbər verir ki, Paris təmsilçisinin baş məşqçisi Luis Enrike oyundan sonra açıqlama verib. İspaniyalı mütəxəssis matçdan zövq aldığını deyib:
"Oyundan mən də zövq aldım. Necə komanda olduğumuzu göstərdik. Möhtəşəm oyun idi. Məşqçilik karyeramda daha əvvəl belə bir şey yaşamamışdım. İki komandanın da azarkeşləri oyundan razı qalacaqlar. İnkişaf etdirməli olduğumuz detallar var. Qələbəyə də, heç-heçəyə də, məğlubiyyətə də layiq idik."
Qeyd edək ki, bu komandalar arasındakı cavab görüşü 6 may tarixində Almaniyada baş tutacaq.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az