"Antalyaspor"un prezidenti Sabri Gülel komandanın baş məşqçisi Nuri Şahinlə bağlı açıqlama verib.
Sportliqa.az xəbər verir ki, o, 35 yaşlı mütəxəssisin Türkiyə millisindən aldığı təklifi qəbul etmədiyini deyib:
"Nuri Şahini federasiyaya çağırıb görüşdülər. Bundan xəbərdar idim. Məsləhətləşdik və qərarı qəbul etmədik. Çünki Nuri baş məşqçi karyerasında yaxşı işlər görür və onun köməkçi vəzifəsinə qayıtmasını doğru addım hesab etmədik".
Nuri Şahin 2021-ci ildən Antalya təmsilçisini çalışdırır.