Münhen "Bayern"inin hücumçusu Harri Keyn Çempionlar Liqasında unikal nailiyyətə yiyələnib.
Sportliqa.az xəbər verir ki, bu haqda "Squawka" məlumat yayıb.
32 yaşlı hücumçu ötən gecə yarımfinal mərhələsinin PSJ ilə ilk oyununda fəqlənib. Keyn ÇL-də çıxdığı ardıcıl 6-cı matçda qol vurmuş olub. Nəticədə o, turnirdə ingiltərəli futbolçular arasında rekord qırıb.
Ümumilikdə Keyn son 6 matçda 8 qol vuraraq, 2008-ci ildə ardıcıl beş oyunda fərqlənən Stiven Cerrardın rekordunu qırıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az