Azərbaycanlı avarçəkən “Prezident Kuboku 2026” reqatasında gümüş medal qazanıb
Azərbaycan təmsilçiləri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə “Prezident Kuboku 2026” beynəlxalq reqatasında ilk medalı qazanıb.
Sportliqa.az xəbər verir ki, tək nəfərlik kayakda Əlimurad Hacızadə gümüş mükafata sahib çıxıb.
O, 2008-2009 təvəllüdlü idmançıların mübarizəsində 200 metr məsafəni ikinci keçib.
Özbəkistanlı Maksim İvliyev qızıl, almaniyalı Maarten Vulff bürünc medal qazanıb.
Turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı iştirak edir. Reqata mayın 1-də başa çatacaq.