"İmişli" İdris İnqilablının müqaviləsinin müddətini uzadıb.
Sportliqa.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
24 yaşlı yarımmüdafiəçi ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, İdris İnqilablı 2024-cü ilin yayından "İmişli"də çıxış edir. Futbolçu bu mövsüm komandanın heyətində 28 oyunda 1 qol ötürməsi edib.