Elvin Cəfərquliyev əvəzedici heyətdə qol vurub
“Qarabağ”ın əsas heyətindən uzaqlaşdırılan Elvin Cəfərquliyev və Abbas Hüseynov əvəzedici heyətlə ilk oyununa çıxıb.
Sportliqa.az xəbər verir ki, futbolçular bu gün əvəzedicilər liqasının 24-cü turunda “Zirə” ilə görüşdə oynayıblar.
Start heyətdə meydana çıxan hər iki futbolçu qol vurub. Abbas 49, Elvin isə 73-cü dəqiqədə fərqlənib. Cəfərquliyev penaltidən rəqib qapısına yol tapıb. Oyun “Qarabağ”ın 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, Elvin Cəfərquliyev və Abbas Hüseynov intizam qaydalarını pozduğu üçün baş məşqçi Qurban Qurbanov tərəfindən əsas komandadan uzaqlaşdırılıb.