Misli Premyer Liqasında 2 oyun
Bu gün Misli Premyer Liqasında 30-cu tura start veriləcək.
Sportliqa.az xəbər verir ki, ilk oyun günündə iki oyun keçiriləcək.
Əvvəlcə “Kəpəz” Yevlaxda “Sumqayıt”ı qəbul edəcək. Hazırda Gəncə klubu 21 xalla turnir cədvəlində 10-cu, “gənclik şəhəri”nin təmsilçisi isə 38 xalla 7-ci pillədə qərarlaşıb.
Cari mövsüm bu komandaların hər iki oyunu 3:0 hesabı ilə yekunlaşıb. İlk dövrədə “Sumqayıt”, ikinci dövrədə isə "Kəpəz" qələbə qazanıb.
Günün digər qarşılaşmasında isə Sumqayıtda “Araz-Naxçıvan” “İmişli”ni sınağa çəkəcək. Bu komandaların ilk dövrədəki oyununda Naxçıvan klubu 2:0 hesablı qələbə qazanıb. İkinci dövrədə isə tərəflər meydandan 1 xalla ayrılıblar - 2:2.
Hazırda Naxçıvan təmsilçisi 40 xalla 6-cı, “İmişli” isə 29 xalla 11-ci pillədə qərarlaşıb.
2 may (şənbə)
16:00. “Kəpəz” - “Sumqayıt”
Yevlax şəhər stadionu
18:30. “Araz-Naxçıvan” - “İmişli”
“SOCAR Polymer Arena”