"Oyunçularımı və bütün komandamı təbrik etmək istəyirəm. Bu günki qalibiyyətlə Premyer Liqada qalmağımızı 99 faiz təmin etmişik. Bir komanda üçün 1-ci Liqadan gəlib bu qədər xal yığmaq asan deyil. Azarkeşlərimizə də minnətdarlığımızı bildiririk. Qalibiyyətimiz ədalətli idi".
Sportliqa.az xəbər verir ki, bu sözləri "İmişli"nin baş məşqçisi Jorj Kaşkilya Misli Premyer Liqasının 30-cu turunun "Araz-Naxçıvan"la matçdan sonra keçirilmiş mətbuat konfransında deyib.
- Premyer Liqada qalmağınızı möcüzə olmazsa, təmin etmisiniz. Bundan sonrakı matçlarda futbolçularınızı oyuna kökləməkdə çətinlik çəkəcəyinizi düşünürsünüzmü?
- Oyunçularımızı motivasiya etmək daha asan olacaq. Sabah "Qəbələ"nin keçirəcəyi oyunun nəticəsindən asılı olaraq Premyer Liqada qalmağımızı tam təmin etdikdən sonra gözəl futbol oynamağa, futboldan həzz almağa çıxacaqlar.
- Matçda zədələnən Dioqo Rollonun son vəziyyəti...
- Hazırda nəsə demək düzgün olmaz. Müəyyən müayinələrdən sonra zədəsinin hansı səviyyədə olduğunu biləcəyik. (sportal.az)
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az