Azərbaycan yığması Litvaya qarşı
Bu gün Azərbaycan milli komandası UEFA Millər Liqasının yeni mövsümündə ilk görüşünə çıxacaq.
Sportliqa.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv Litva yığmasının qonağı olacaq.
Kaunas şəhərindəki “Dariaus ir Gireno” stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.
Matçı Menelaos Andoniunun rəhbərliyi altında kiprli hakimlər briqadası idarə edəcək.
UEFA Millətlər Liqası
D Liqası, 2-ci qrup
17:00. Litva – Azərbaycan
Baş hakim: Menelaos Andoniu
Yan xətt hakimləri: Pavlos Gergiu, İraklis Komodromos
Dördüncü hakim: Konstandinos Fellas
VAR hakimi: Marios Xristoforu
VAR hakiminin köməkçisi: Dimitris Solomu
Hakim-inspektor: Nenad Cokiç (Serbiya)
UEFA nümayəndəsi: Oktavian Qoqa (Rumıniya)
Kaunas, “Dariaus ir Gireno” stadionu.