UEFA Çempionlar Liqasının ilk finalçısı məlum olub.
Sportliqa.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda “Atletiko” İngiltərədə “Arsenal”ın qonağı olub.
“Emireyts” stadionunda keçirilən matç “Arsenal”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
İlk görüşdə qalib müəyyənləşməyib – 1:1.
Digər yarımfinal görüşündə “Bayern” Almaniyada PSJ ilə münasibətlərə aydınlıq gətirəcək. Birinci qarşılaşmada sevinən tərəf parislilər olublar – 5:4.
UEFA Çempionlar Liqası
Yarımfinalın cavab oyunu
5 may
Arsenal (İngiltərə) – Atletiko (İspaniya) 1:0
Qol: Saka, 44.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az