AFFA-dan Riad Rəfiyev və İliçə cəza
AFFA İntizam Komitəsi "Sumqayıt" klubunun prezidenti Riad Rəfiyev və komandanın baş məşqçisi Saşa İliçi cəzalandırıb.
Sportliqa.az AFFA-nın saytına istinadən xəbər verir ki, qərarlar komitənin bugünkü iclasından sonra açıqlanıb.
Misli Premyer Liqasında 30-cu turun “Kəpəz” – “Sumqayıt” oyunu bitdikdən sonra qonaq komandanın baş məşqçisi Saşa İliç hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalandırılıb, klub 5000 manat cərimə edillib
Oyun bitdikdən sonra “Sumqayıt”ın prezidenti Riad Rəfiyev hakimlər otağına daxil olduğuna görə 2 oyun şərti olmaqla 5 oyunluq cəzalandırılıb, klub 5000 manat cərimə edilib.