Bu gün Konfrans Liqasında yarımfinal mərhələsinə yekun vurulacaq
Bu gün UEFA Konfrans Liqasında yarımfinal mərhələsinə yekun vurulacaq.
Sportliqa.az xəbər verir ki, “Kristal Pelas” İngiltərədə “Şaxtyor”u (Ukrayna) qəbul edəcək. Premyer Liqa təmsilçisi ilk matçda qələbə qazanıb – 3:1.
Digər qarşılaşmada “Strasburq” Fransada İspaniya təmsilçisi “Rayo Valyekano” ilə qarşılaşacaq. İspanlar ilk oyunda minimalhesablı qələbəyə sevinib – 1:0.
Hər iki oyun saat 23:00-da start götürəcək.
Final matçı mayın 27-də Leyptsiq şəhərində keçiriləcək.