UEFA Avropa Liqasında finalçılar müəyyənləşib.
Sportliqa.az xəbər verir ki, “Frayburq” Almaniyada Portuqaliyanın “Braqa” komandasını sınağa çəkib.
Portuqaliya təmsilçisi ilk görüşdə qələbə qazanmışdısa, cavab görüşündə isə “Frayburq” daha güclü olub və finala çıxıb.
Digər matçda isə İngiltərə klubları münasibətlərə aydınlıq gətirib. İlk matçda “Nottingem Forest”ə 0:1 hesabı ilə uduzan “Aston Villa” doğma meydanda 4:0 hesablı qələbəyə sevinib.
Final oyunu “Aston Villa” və “Frayburq” arasında mayın 20-də İstanbulda təşkil olunacaq.
Avropa Liqası
Yarımfinal, cavab oyunları
7 may
Frayburq (Almaniya) – Braqa (Portuqaliya) 3:1
Qollar: Lukas Kubler, 19; 72. Yohan Manzambi, 41 – Pau Viktor, 79.
İlk oyun 1:2.
Aston Villa (İngiltərə) – Nottingem Forest (İngiltərə) 4:0
Qollar: Olli Uotkins, 36. Emiliano Buendiya, 57-pen. Con Makqinn, 77; 80.
İlk oyun 0:1.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az