Mayın 11-dən 14-dək Almaniyanın Münhen şəhərində taekvondo üzrə böyüklər arasında Avropa çempionatı keçiriləcək.
Sportliqa.az Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda ölkəmizi 9 idmançı təmsil edəcək.
Kişilər arasında Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), Fuad Məhərrəmli (63 kq), Riyad Şirəliyev (68 kq), Cavad Ağayev (74 kq) və Elcan Əliyev (80 kq), qadınlar arasında isə Minayə Əkbərova (46 kq), Səmərrux Osmanova (49 kq) və Məryəm Məmmədova (53 kq) mübarizəyə qoşulacaqlar.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az