Misli Premyer Liqasında 31-ci tur start götürür
Bu gün Misli Premyer Liqasında 31-ci tura start veriləcək.
Sportliqa.az xəbər verir ki, ilk oyun günündə iki gprüş keçiriləcək.
Əvvəlcə avrokuboklar uğrunda mübarizəsini davam etdirən "Zirə" 9-cu pillədə qərarlaşan "İmişli"nin qonağı olacaq. Komandaların ilk iki dövrədəki oyunlarının heç birində qalib müəyyənləşməyib - 1:1, 0:0.
Günün digər matçında isə artıq 29-cu turda çempionluğunu rəsmiləşdirən "Sabah" Premyer Liqada qalmaq üçün çalışan "Kəpəz"i qəbul edəcək. Bu komandaların ilk iki dövrədə keçirilən oyunlarında "Sabah" qalib gəlib - 3:1, 1:0.
8 may
Misli Premyer Liqası
31-ci tur
16:30 "İmişli" – "Zirə"
Baş hakim: Kamranbəy Rəhimov
Quba OİK stadionu
19:30 "Sabah" – "Kəpəz"
Baş hakim: Elvin Bayramov
“Bank Respublika Arena”