"Kəpəz" "Sabah"a qalib gəldi, "Zirə"dən xal itkisi
- YENİLƏNİB
Misli Premyer Liqasında 31-ci tura start verilib.
Sportliqa.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.
Əvvəlcə avrokuboklar uğrunda mübarizəsini davam etdirən "Zirə" 9-cu pillədə qərarlaşan "İmişli"nin qonağı olub. Oyun 0:0 hesabı ilə yekunlaşıb. Komandaların ilk iki dövrədəki oyunlarının heç birində qalib müəyyənləşməyib - 1:1, 0:0.
Günün digər matçında isə artıq 29-cu turda çempionluğunu rəsmiləşdirən "Sabah" Premyer Liqada qalmaq üçün çalışan "Kəpəz"i qəbul edib. Oyunda Gəncə təmsilçisi qələbə qazanıb - 1:0. Bu komandaların ilk iki dövrədə keçirilən oyunlarında "Sabah" qalib gəlmişdi - 3:1, 1:0.
8 may
Misli Premyer Liqası, 31-ci tur
19:30 "Sabah" – "Kəpəz" - 0:1
Qol: Rəhman Hacıyev, 46
Baş hakim: Elvin Bayramov
“Bank Respublika Arena”
16:30 "İmişli" – "Zirə" - 0:0
Baş hakim: Kamranbəy Rəhimov
Quba OİK stadionu