Andrey Demçenko: "Matçda qalib gəlmək üçün ölməlisən"
"Araz-Naxçıvan" Misli Premyer Liqasının 31-ci turunda Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Sumqayıt"a 1:2 hesabı ilə məğlub olub.
Sportliqa.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Araz-Naxçıvan"ın baş məşqçisi Andrey Demçenko oyun haqda fikirlərini bölüşüb:
"Bu gün oyunumuz pis alınmadı. Yaxşı imkanlarımız oldu qol vurmaq üçün. Biz bunlardan istifadə edə bilmədik və məğlub olduq. Səhvlərimizdən yararlandılar. İkinci hissədə oyunumuzu düzəltdik, qol vurduq və nəzarəti ələ ala bildik. Matçda qalib gəlmək üçün ölməlisən. Qələbə qazanmaq üçün bütün futbolçular oyuna can qoymalıdır. Ancaq bizdə bunu bəzi futbolçular etmirdi. Futbolda qələbə istəyirsənsə, bunu hamı istəməlidir. Kimsə aldatmağa çalışırsa, bunun əziyyətini komanda çəkir. Bəzi oyunçulara görə digərləri əziyyət çəkdilər".