“Turan Tovuz” və “Neftçi”nin növbəti sınağı
Bu gün Misli Premyer Liqasında 31-ci tura yekun vurulacaq.
Sportliqa.az xəbər verir ki, sonuncu gündə daha 2 oyun keçiriləcək.
Əvvəlcə “Turan Tovuz” öz meydanında “Karvan-Yevlax”ı qəbul edəcək. Hazırda Tovuz klubu 56 xalla 3-cü, Yevlax təmsilçisi isə 14 xalla 12-ci, sonuncu pillədə qərarlaşıb.
Cari mövsüm tərəflər arasında baş tutan oyunlarda “Turan Tovuz” üstündür. Kurban Berdıyevin komandası ilk dövrədə 2:1, ikincidə isə 1:0 hesablı qələbə qazanıb.
Tura “Neftçi” - “Şamaxı” matçı ilə yekun vurulacaq. Paytaxt klubu 50 xalla 4-cü, bölgə təmsilçisi isə 35 xalla 8-ci pillədədir.
“Neftçi” və “Şamaxı” arasında ilk iki dövrədə keçirilən matçlarda qalib aşkarlanmayıb - 1:1 və 2:2.
10 may
17:00. “Turan Tovuz” - “Karvan-Yevlax”
Baş hakim: Əkbər Əhmədov
Tovuz şəhər stadionu
19:30. “Neftçi” - “Şamaxı”
Baş hakim: Tural Qurbanov
“Palms Sports Arena”