Türkiyə Super Liqasında 8-ci turun oyunları davam edir.
Sportliqa.az xəbər verir ki, bu gün Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" öz meydanında "Konyaspor"u qəbul edib. Qarşılaşma ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Renat da bu görüşün iştirakçısı olub. 24 yaşlı forvard matça start heyətdə başlayıb və 78-ci dəqiqədə əvəzlənib. O, O, komandasının ilk iki qolunun müəllifi olub.
Xallarını 14-ə yüksəldən "Hatayspor" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.