“Roma” Niderland millisinin üzvünü transfer etdi
Niderland millisinin hücumçusu Doniel Malen karyerasını “Roma”da davam etdirəcək.
Sportliqa.az xəbər verir ki, paytaxt təmsilçisi avrokuboklara vəsiqəni təmin etdikdən sonra 27 yaşlı futbolçunun müqaviləsində yer alan satınalma bəndini aktivləşdirib və onu birdəfəlik “Aston Villa”dan transfer edib.
Malen İtaliya klubuna qış transfer pəncərəsində qoşulmuşdu. O, həmin vaxtdan bəri “Roma”nın heyətində keçirdiyi 16 oyunda 13 qol vurub və 2 məhsuldar ötürmə ilə diqqət çəkib.
“Roma” A Seriyasında mövsümün başa çatmasına iki tur qalmış 67 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Komanda üçüncü yerdən cəmi bir xal geri qalır.
“Canavarlar” növbəti oyununu öz meydanında, əzəli rəqibi “Latsio”ya qarşı keçirəcək.