Bolqarıstanın Samokov şəhərində güləş üzrə U17 Avropa çempionatı davam edir.
Sportliqa.az xəbər verir ki, dördüncü yarış günündə bir güləşçimiz fəxri kürsüyə qalxıb.
Xədicə Qurbanzadə (49 kq) finalda ukraynalı Olena Kolubayla qarşılaşıb. Rəqibinə məğlub olan (0:10) həmyerlimiz Avropa çempionatını gümüş medalla başa vurub. Ötən il MDB Oyunlarında bürünc medal qazanan Xədicə ilk AÇ medalını qazanıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az