"Fənərbaxça"nın qapıçısı İrfan Can Eyribayat Azərbaycan milli komandasında çıxış edə bilər.
Sportliqa.az xəbər verir ki, AFFA 25 yaşlı qolkiperə yığmamızda çıxış etməyi təklif edib. Bu barədə türkiyəli jurnalist Burhan Can Terzi "X" sosial şəbəkəsindəki hesabında məlumat yayıb.
İrfan Can Eyribayat "Adanaspor"un yetirməsidir. O, "Gözəpə"də də çıxış edib. Qapıçı ötən ilin yayından "Fənərbaxça"nın formasını geyinir. İrfan Can Türkiyənin aşağı yaş qruplarından ibarət bütün millilərində oynayıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az