Hüseyn və Paşa Avropa çempionu oldu
Bolqarıstanın Samokov şəhərində güləş üzrə U15 Avropa çempionatı davam edir.
Sportliqa.az xəbər verir ki, bu gün yunan-Roma güləşi üzrə millinin 2 üzvü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Hüseyn Əmrahlı (38 kq) finalda estoniyalı Daniel Samuelə tam üstünlüklə (9:0) qalib gələrək Avropa çempionu olub.
Paşa Aslan (44 kq) isə həlledici görüşdə ermənistanlı Paşa Xudoyanı 4:1 hesabıyla üstələyərək qitənin ən güclüsü ünvanına sahib çıxıb.
Pünhan Şahmarov (48 kq) bürünc medal görüşündə ermənistanlı Mihran Tatoyana (1:3), Sadiq Vəlizadə (57 kq) isə üçüncülük mübarizəsində gürcüstanlı Giorgi Vaşakmadzeyə (4:8) məğlub olub.
Raul Məmmədzadə (62 kq) təsəlliverici görüşdə estoniyalı Artemi Yeremeyevə tam üstünlüklə (10:0) qalib gəlsə də, ermənistanlı Aleks Gevorqyana 5:8 hesabıyla məğlub olaraq 5-ci yerlə kifayətlənib.