Azərbaycan millisi dünya çempionatına GETMƏYƏCƏK
24 oktyabr - 1 noyabr tarixləri aralığında Bəhreyndə keçirilməsi nəzərdə tutulan güləş üzrə dünya çempionatı təxirə salınıb.
Sportliqa.az xəbər verir ki, qərarın verilməsinə səbəb geosiyasi vəziyyət və Körfəz bölgəsi ətrafında davam edən qeyri-müəyyənlik olub.
Bu barədə Bəhreyn Olimpiya Komitəsi və Güləş Federasiyası açıqlama yayıb.
Dünya Güləş Birliyi beynəlxalq turnirin bu il başqa bir ölkədə peşəkar şəkildə keçirilməsi üçün addımların atılacağını da bildirib.