"Zirə"nin Premyer Liqada 400-cü qolunu vurdu
Misli Premyer Liqasının 33-cü turunun “Araz-Naxçıvan”la səfər oyununda vurulan sonuncu qol “Zirə” üçün əlamətdar olub.
Sportliqa.az xəbər verir ki, qəsəbə klubu Premyer Liqada 400-cü dəfə qol sevinci yaşayıb.
Yubiley qoluna Junior Martins imza atıb. Bununla da “Zirə” Azərbaycan çempionatları tarixində yüksək dəstədə 400 və daha çox qol vuran 10-cu komanda olub.
Bakı klubunun 400-cü qolu Premyer Liqadakı 337-ci matça təsadüf edib. Qəsəbə komandası evdə 218, səfərdə 182 dəfə fərqlənib.
Debütü 2015/16 mövsümünə təsadüf edən klubun Premyer Liqadakı ilk qoluna Viktor İqbekoyi imza atıb. O, 2015-ci il avqustun 9-da AZAL-la ev görüşünün (1:0) 5-ci dəqiqəsində rəqib qapısına yol tapıb.
Qeyd edək ki, “Zirə” “Araz-Naxçıvan”la səfər görüşündə 2:3 hesabı ilə uduzub.