Misli Premyer Liqasının 33-cü turunda “Zirə”ni 3:2 hesabı ilə məğlub edən “Araz-Naxçıvan” Premyer Liqada 30-cu ev qələbəsini qazanıb.
Sportliqa.az Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, Naxçıvan təmsilçisi öz meydanında keçirdiyi 74-cü oyunda “30”-a çatıb.
Digər qarşılaşmalarda 20 heç-heçə və 24 məğlubiyyət qeydə alınıb.
“Araz-Naxçıvan” ilk ev qələbəsini 2000/2001 mövsümündə əldə edib. 2001-ci il martın 12-də Quba “Şahdağ”ı ilə matç baş tutmadığı üçün naxçıvanlılara texniki qələbə verilib.
“Araz-Naxçıvan” turnirin tarixinə öz meydanında ən azı 30 dəfə qalib gələn 26-cı komanda kimi düşüb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az