Əfran İsmayılov "Araz-Naxçıvan"dan getdi
“Araz-Naxçıvan” klubunun məşqçisi Əfran İsmayılov komandadan ayrılıb.
Sportliqa.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ə.İsmayılov klub rəhbərliyi ilə görüşərək komandadan ayrılmaq istədiyini bildirib. Son 3 mövsümdə komandada məşqçi kimi fəaliyyət görərən Ə.İsmayılovun müraciəti müsbət cavablandırılıb.