“Araz-Naxçıvan” müqaviləsi başa çatan Tərlan Əhmədli ilə yeni anlaşma imzalayıb.
Sportliqa.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, qapıçı növbəti mövsümdə də komandanın uğurları üçün çalışacaq. Onunla müqavilənin müddəti 1 illikdir.
Qeyd edək ki, T. Əhmədli 2024-cü ilin yayından "Araz-Naxçıvan"da oynayır. 31 yaşlı qolkiper cari mövsüm 11 matçda meydana çıxıb, 20 qol buraxıb, 2 görüşdə qapısını toxunulmaz saxlayıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az