“Neftçi”nin yetirməsi, kiçik yaşlarından "ağ-qaralar"ın formasını geyinən Murad Məmmədov klubdan ayrılıb.
Sportliqa.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 20 yaşlı hücumçu Kiprin “Pafos” klubuna keçir. Klub ona xidmətlərinə görə təşəkkür edib, Avropada uğurlar arzulayıb.
Qeyd edək ki, 2024/25 mövsümündən "Neftçi"nin əsas komandasında oynayan Murad Məmmədov bu müddət ərzində 41 matça çıxıb, 4 qol vurub. O, Azərbaycanın U-21 milli komandasının heyətində 10 oyun keçirib, 1 qol vurub.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az