Avropa Çempionatının medalçısı oxuduğu məktəbdə təntənə ilə qarşılanıb
– FOTOLAR
Bolqarıstanın Samokov şəhərində keçirilən U-15 Avropa Çempionatında uğurlu çıxışla seçilən güləşçilərdən biri də Mədinə Kərimovadır. O, beynəlxalq səviyyəli ilk böyük yarışında bürünc medal qazanaraq böyük nailiyyətə imza atıb.
Sportliqa.az xəbər verir ki, qitə birinciliyindən mükafatla dönən Gəncə şəhər 26 nömrəli məktəb liseyin 7-ci sinif şagirdi təhsil müəssisəsində təntənəli şəkildə qarşılanıb. Məktəbin direktoru Vüsalə Səfərova əldə etdiyi uğura görə idmançını təbrik edib, gələcək yarışlarda ona yeni-yeni qələbələr arzulayıb. Kərimovanın məktəbin qürur mənbəyi olduğu bildirilib.
Qeyd edək ki, Mədinə Kərimova həm də peşəkar səviyyədə futbolla məşğul olur. O, "Kəpəz" klubunun müvafiq yaş qrupu üzrə komandasının tərkibində AFFA-nın təşkil etdiyi liqada top qovur.