"Qəbələ", yoxsa "Mingəçevir"?
Bu gün 2026/27 mövsümü Misli Premyer Liqasına vəsiqə qazanan son komanda məlum olacaq.
Sportliqa.az xəbər verir ki, pley-off oyununda "Qəbələ" "Mingəçevir"lə üz-üzə gələcək. "Qəbələ" Misli Premyer Liqasını başa çatan mövsümünü 11-ci, "Mingəçevir" isə 1-ci liqanı 2-ci pillədə tamamlayıb. "Qəbələ" Misli Premyer Liqasında yerini qorumağa, "Mingəçevir" elitaya yüksəlməyə çalışacaq.
Sumqayıtdakı "SOCAR Polymer Arena" təşkil olunacaq görüş saat 18:30-da start götürəcək. Matçda VAR sistemi də tətbiq ediləcək.
Oyunu FİFA referisi isə Tural Qurbanov idarə edəcək.
18:30. "Qəbələ" - "Mingəçevir"
Baş hakim: Tural Qurbanov
Sumqayıt "SOCAR Polymer Arena"