Azərbaycan boksçuları Gürcüstanda keçirilən boks üzrə beynəlxalq turnirdə iştirak ediblər.
Sportliqa.az xəbər verir ki, Batumidə baş tutan yarışda Bilalhəbaşi Nəzərov (50 kq) qızıl medala yiyələnib.
Kənan Nəcəfov (+90 kq) 2-ci, Tayfur Əliyev (60 kq), Əli Abdullayev (65 kq) və Abbasqulu Şadlinski (75 kq) isə üçüncü olublar.
Yığma Elbrus Rzayevin rəhbərliyi altında ümumilikdə 5 medal qazanıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az