Minifutbol üzrə Azərbaycan yığması Slovakiyada keçirilən Avropa çempionatında növbəti oyuna çıxacaq.
Sportliqa.az xəbər verir ki, F qrupunda yer alan komanda bu gün Fransa ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 15:15-də başlayacaq..
Milli bu görüşdə qələbə qazanacağı halda, qrup birincisi olacaq. Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv dünən İtaliyaya qalib gələrək (3:0) pley-offa vəsiqəni təmin edib.
Xatırladaq ki, Azərbaycan millisi ilk oyunda Avstriya (1:0), daha sonra İtaliyanı (3:0) məğlub edib. Yığmamız hazırda F qrupunda 6 xalla liderdir. Fransanın 4, İtaliyanın 1 xalı var. Hər iki matçda uduzan Avstriyanın xalı yoxdur.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az