"Zirə" klubu 5 futbolçusu ilə yollarını ayırıb.
Sportliqa.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Ceyhun Nuriyev, Stefan Aka, Eldar Quliyev, Leroy Mikelslə klub arasında imzalanmış müqavilə başa çatıb. Həmçinin Xorvatiyanın “Varajdin” klubundan icarəyə götürülmüş Rüfət Abdullazadəylə də icarə müqaviləsi bitib.
Klub adıçəkilən futbolçulara göstərdiyi xidmətə görə təşəkkür edərək gələcək karyeralarında uğurlar arzulayıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az