PSJ klubunun baş məşqçisi Luis Enrike Çempionlar Liqasının tarixinə ən yüksək qələbə faizi olan mütəxəssis kimi düşüb.
Sportliqa.az xəbər verir ki, "Arsenal" üzərindəki tarixi final qələbəsindən sonra ispaniyalı çalışdırıcının turnirdəki qələbə göstəricisi 63,3%-ə yüksəlib.
Bu, yarışda ən azı 50 matça çıxan bütün məşqçilər arasında tarixin ən yaxşı nəticəsidir.
Xatırladaq ki, dünən Enrikenin yetirmələri finalın əsas vaxtında 1:1 bərabərə qaldıqları "Arsenal"ı penaltilərdə 4:3 üstələyərək Avropanın ən nüfuzlu kubokunu ardıcıl ikinci dəfə qazanmağı bacarıblar.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az