“Şəfa” klubunun yeni baş məşqçisi məlum olub.
Sportliqa.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bu vəzifəyə Zaur Həşimov təyin olunub. Danışıqlar prosesi başa çatdıqdan sonra klub prezidenti Kənan Sadıqlının iştirakı ilə 44 yaşlı mütəxəssislə görüş keçirilib və 3 illik müqavilə imzalanıb.
Zaur Həşimov “Qəbələ” və “Zirə” klublarında məşqçi kimi çalışıb. Eyni zamanda "Zirə" klubunun baş məşqçisi vəzifəsində fəaliyyət göstərib. O, həmçinin Azərbaycanın U-18 milli komandasına rəhbərlik edib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az