Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının iki futbolçusu heyətdən kənarlaşdırılıb.
Sportliqa.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Malta ilə yoldaşlıq görüşündə rəqibin ikinci qolundan sonra meydanda bir-biri ilə gərginlik yaşayan Anton Krivotsyuk və Abdulla Xaybulayev əsas heyətdən kənarlaşdırılıblar.
Qeyd edək ki, Azərbaycan millisi ötən gün toplanış çərçivəsində keçirdiyi yoldaşlıq matçında Maltaya 0:2 hesabı ilə məğlub olub.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az