21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoldaşlıq matçına çıxacaq.
Sportliqa.az xəbər verir ki, Rəşad Eyubovun komandası Bəhreynlə üz-üzə gələcək.
İsparta şəhərindəki “Sav” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Qeyd edək ki, U-21 növbəti yoldaşlıq matçını Qırğızıstan millisinə qarşı keçirəcək. Qarşılaşma iyunun 9-da olacaq.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az