“Şamaxı”da daha bir ayrılıq gerçəkləşib.
Sportliqa.az xəbər verir ki, bölgə təmsilçisi Alfons Mabula Msanqa ilə vidalaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçunun müddəti başa çatan müqaviləsi uzadılmayıb.
Bununla da "Şamaxı"dan ayrılan futbolçların sayı 17-ə çatıb. Son iki həftə ərzində Ravil Qafarov , Bilal İsmayılov, Rüfət Abbasov, Kərim Rossi, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rodriqo Fernandes, Andrey Tirkoveanu, Arsen Ağcabəyov, Rafael Məhərrəmli, Vladislav Veremeyev, Nihat Mehralıyev və Sezar Enrike də komandadan gedib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az