Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilk yoxlama oyununa çıxıb.
Sportliqa.az xəbər verir ki, U-17 Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. İlk iki qolu millimizin vurduğu görüş rəqibin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolları 19-cu dəqiqədə Daniil Rəcəbov və 25-ci dəqiqədə Əhəd Hacızadə vurublar.
Qeyd edək ki, komandalar arasında ikinci yoxlama oyunu iyunun 9-da keçiriləcək.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az