"Zirə" klubu qapıçısı Tiaqu Silva ilə yollarını ayırıb.
Sportliqa.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı qolkiperin müddəti başa çatan müqaviləsi uzadılmayıb.
Qeyd edək ki, portuqaliyalı qolkiper 2023-cü ildən "Zirə"də çıxış edirdi.
Xatırladaq ki. "Zirə" bir neçə gün əvvəl Ceyhun Nuriyev, Stefan Aka, Eldar Quliyev, Leroy Mikels və Rüfət Abdullazadə ilə vidalaşıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az