Azərbaycan millisi San Marinoya qarşı
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan yığması bu gün hazırlıq prosesi çərçivəsində ikinci yoxlama oyununa çıxacaq.
Sportliqa.az xəbər verir ki, millimiz San Marino ilə üz-üzə gələcək. Macarıstandakı “Haladaş” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 22:00-da start götürəcək.
Hazırda Azərbaycan millisi FİFA reytinqində 124-cü, San Marino isə 211-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, Azərbaycan millisi Avstriya toplanışındakı ilk matçında Maltaya uduzub - 0:2.
Yoxlama oyunu
9 iyun
22:00. Azərbaycan - San Marino
Baş hakim: Marton Ruş (Macarıstan)
Sombatxey, “Haladaş” stadionu