Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün ikinci yoxlama oyununa çıxıb.
Sportliqa.az xəbər verir ki, Rəşad Eyubovun baş məşqçisi olduğu komanda Qırğızıstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb.
"Sav" stadionunda keçirilən matç rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
9 iyun
Azərbaycan (U-21) - Qırğızıstan (U-21) - 1:3
Qollar: Nihad Əhmədzadə, 59-pen. // İ.Yrısbəkov, 37, N.Alişerov, 56, A.İmerov, 84
Qeyd edək ki, Azərbaycanın U-21 millisi iyunun 6-da keçirilən ilk yoxlama oyununda Bəhreyn yığmasını 3:0 hesabı ilə məğlub edib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az