Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoxlama oyunu keçirib.
Sportliqa.az xəbər verir ki, komanda Pakistan yığması ilə üz-üzə gəlib. Qəbələ şəhər stadionunda keçiriləcən matç Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu Hikmət Cəbrayılzadə vurub.
Qeyd edək ki, bu, U-20-nin portuqaliyalı mütəxəssis Ruy Jorjenin rəhbərliyi altında ilk oyunu olub.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az