Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan yığması bu gün növbəti sınağına çıxıb.
Sportliqa.az xəbər verir ki, millimiz San Marino seçməsi ilə yoxlama oyunu keçirib.
Ayxan Abbasovun rəhbərlik etdiyi komanda bu rəqiblə Macarıstanda qarşılaşıb. Sombatxey şəhərindəki “Haladaş” stadionunda keçirilən oyunu Macarıstandan olan hakimlər briqadası idarə edib.
Üç qolluq görüşdə millimiz əzmkar qələbəyə sevinib. Komandamıza qələbə gətirən qolları Rəhman Daşdəmirovla Renat Dadaşov vurub.
Xatırladaq ki, millimiz bir neçə gün öncə eyni məkanda Malta yığması ilə də qarşılaşmış və 0:2 hesabıyla uduzmuşdu.
Yoxlama oyunu
9 iyun
Azərbaycan – San Marino 2:1
Qollar: Rəhman Daşdəmirov, 27. Renat Dadaşov, 49 – Nanni, 9.
Baş hakim: Marton Ruş (Macarıstan).
Sombatxey, “Haladaş” stadionu.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az