Növbəti mövsümdən Misli Premyer Liqasında çıxış edəcək "Şəfa" daha üç futbolçu ilə yolları ayırıb.
Sportliqa.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müdafiəçi Hüseyn Mürsəlov, yarımmüdafiəçi Aqil Nəsibov və hücumçu Amir Ebrahimzadenin “Şəfa” ilə müqavilələrinin müddəti başa çatıb. Klub üç futbolçuya göstərdikləri xidmətlərə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.
Xatırladaq ki, "Şəfa" Əli Həsənli, Zahid Mərdanov və Emin Zamanovla da yolları ayırıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az